Türkiyədə hərbi təyyarə sakinlərə qorxu dolu anlar yaşadıb - VİDEO

 Türkiyədə hərbi təyyarə sakinlərə qorxu dolu anlar yaşadıb - VİDEO

Türkiyənin C-160 hərbi təyyarəsi Kayseri şəhərində evlərin və magistral yolların üzərində həddindən artıq alçaq hündürlükdə uçub.

Bu barədə “Hedrem Aviation” şirkəti “X” hesabında məlumat yayıb.

Hadisə şahidinin çəkdiyi videoda əvvəlcə təyyarənin az qala işıq dirəklərinə toxunaraq yolun üstündən uçduğu görünür. Daha sonra o, məcburi olaraq yerə eniş edib.

Türkiyə Müdafiə Nazirliyinin məsələ ilə bağlı açıqlamasında bildirilib ki, nəqliyyat təyyarəsində texniki nasazlıq olub. Hadisə nəticəsində ekipaj üzvlərindən xəsarət alan olmayıb.

Mütəxəssislər qeyd ediblər ki, bu, dünyada hərbi məqsədlər üçün istifadə edilən sonuncu C-160 təyyarəsi olub. Aldığı ziyana görə, təyyarə artıq havaya qalxa bilməyəcək.

Mənbə: octagon.media

11:45 - 26 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin