Antalya sahillərində tapılan cəsədlərin müəmması böyüyür

 Antalya sahillərində tapılan cəsədlərin müəmması böyüyür

Antalyadan sonra Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) çimərliklərində çoxlu cəsədlər sahilə vurur.

Asayis.az  xəbər verir ki, bir ay ərzində ŞKTC sahillərində 2-si qadın olmaqla 3 nəfərin cəsədi tapılıb.

Yanvarın 8, 14 və 22-də ŞKTC çimərliklərində 3 nəfərin cəsədinə rast gəlinib. Yanvarın 8-də yerli vaxtla saat 13.15 radələrində Bafra Otellər Bölgəsində qayaların üzərindəki ilk cəsədin qadına aid olduğu bildirilib.

İkinci meyit yanvarın 14-də Dipkarpazda tapılıb. ŞKTC Polis İdarəsinin mətbuat xidmətinin verdiyi açıqlamada, yerli vaxtla saat 09.30 radələrində Dipkarpazdakı Piknik Burnu Məkanında qayaların üzərində tapılan cəsədin kişiyə aid olduğu qeyd edilib.

Üçüncü cəsəd yanvarın 22-də Şelonez bölgəsi kimi tanınan Dipkarpazın cənub sahilində tapılıb. Polis meyitin qadına aid olduğunu bildirib. Ölənlərin şəxsiyyəti hələ müəyyən edilməsə də, araşdırmalar davam edir.

Ölənlərin Avropa Birliyinə (AB) getmək üçün Aralıq dənizinə yola düşən qeyri-qanuni mühacirlərə aid olduğu düşünülür.

Qeyd edək ki, Türkiyədə son günlər Antalya və Muğla sahillərində 9 nəfərin cəsədi tapılıb.

16:00 - 25 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin