Bibisi oğlunu bıçaqlayan şəxs: Dedim, kəlmeyi-şəhadət gətir

 Bibisi oğlunu bıçaqlayan şəxs: Dedim, kəlmeyi-şəhadət gətir

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhd etməkdə ittiham olunan 1971-ci il təvəllüdlü Yalçın Hacıyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 14 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd: 1971-ci il təvəllüdlü Hacıyev Yalçın Yaşar oğlu Suraxanı rayonun Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi 65 ünvanında bibisi oğlu, 1966-cı il təvəllüdlü Yaqubov Elşən Kamil oğlu ilə aralarında yaranmış mübahisə zamanı evin mətbəxindən götürdüyü bıçaqla sonuncuya qarın və kürək nahiyyəsindən bıçaqlayıb.

Yalçın Həsənovun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

İttihama əsasən, Yalçın Həsənov daha əvvəl xuliqanlıq əməli törətdiyinə görə məhkum olunub. 2022-ci ilin oktyabr ayında cəzasının sonu ilə azad olunduqdan sonra həmin vaxtdan bibisi oğlu, zərərçəkmiş Elşən Yaqubov ona öz evində yaşamağa icazə verib. Daha sonra Yalçın evə sərxoş vəziyyətdə gəldiyi üçün Elşən onu evdən qovub. O, 24 mart 2023-cü il tarixdə, saat 19 radələrində orta alkoqol sərxoşluğu vəziyyətində yenidən Elşəngilin evinə gəlib, mətbəxdən bıçaq götürüb, həmin vaxt evdə olmayan zərərçəkmiş şəxsin gəlişini gözləyib. Elşən evə gəldikdən sonra ondan hansı səbəbə gəlməsini etirazlı şəkildə soruşmaqla fərdi yaşayış evinin həyətində yerləşən hamam otağına doğru hərəkət edib. Təqsirləndirilən şəxs də onun ardınca hamam otağına gedib, qapını örtüb. O, zərərçəkmiş şəxs "Kəlmeyi şəhadət" gətirməsini deyərək, bibisi oğluna bir neçə bıçaq zərbəsi vurub.

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hadisədən sonra Yalçın Həsənov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

14:15 - 24 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin