Avtomobildə sıxışıb qalan 69 nəfər xilas edildi

 Avtomobildə sıxışıb qalan 69 nəfər xilas edildi

Türkiyədə tufan və çovğun nəticəsində 22 avtomobildə sıxışan 69 nəfər xilas edilib.

Asayis.az
 xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin Muş vilayətində baş verib. Təxminən 4 saat bölgədə qapalı vəziyyətdə qalan 22 avtomobil və vasitələrdə olan 69 nəfər qruplar tərəfindən xilas edilib. 

Qar və fırtınanın təsirinə məruz qalan Muş-Mutki avtomobil yolu nəqliyyatın hərəkətinə bağlanıb. 

Vətəndaşlara digər yollardan istifadə edilməsi ilə bağlı xəbərdarlıq edilib.
 

12:00 - 23 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin