Bakıda FHN-in texnikası qəzaya uğrayıb, xəsarət alanlar var - FOTO

 Bakıda FHN-in texnikası qəzaya uğrayıb, xəsarət alanlar var - FOTO

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

Asayis.az apa-ya istinadən xəbər verir ki, hadisə Hüseyn Seyidzadə küçəsində qeydə alınıb.

Belə ki, “KIA” markalı minik avtomobili əks istiqamətində hərəkətdə olan zaman sürücü qəfildən sükana nəzarəti itirib.

Nəticədə maşın qarşı yola keçərək FHN-in Xüausi Riskli Xilasetmə Xidmətinin avtomobilinə çırpılıb.

Qəza nəticəsində minik maşınında olan 2 nəfər xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə polis və 2 təcili yardım briqadası cəlb olunub. Yaralılara tibbi yardım göstərilib.

Hadisənin təfərrüatını Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

 

14:15 - 19 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin