Bakıda kişi keçmiş arvadını güllələdi - YENİLƏNİB

 Bakıda kişi keçmiş arvadını güllələdi - YENİLƏNİB

 

Bakıda qadın xuliqanlıq zəminində güllələnib.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, yanvarın 16-da saat 23 radələrində Səbail rayonu ərazisində bir qadının odlu silahdan açılmış atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.

Qadın xəstəxanaya yerləşdirilib. Araşdırmalarla Bərdə rayon sakini Rəşad Əsədzadənin xuliqanlıq zəminində tüfəngdən atəş açaraq Abşeron rayon sakini olan qadının qol nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə R.Əsədzadə saxlanılıb. Ondan lüləsi kəsilmiş və nömrəsi silinmiş “İJ-16” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

***08.30

Bakının Səbail rayonunda güllələnmə hadisəsi baş verib.

Hadisə Şıxov qəsəbəsi ərazisində qeydə alınıb.

1991-ci il təvəllüdlü Məmmədova Cəmilə Rəşad qızı evdə əri ilə mübahisə edib.

Mübahisə zamanı keçmiş əri ona odlu silahdan atəş açıb.

Qadın sol qolun sümüyünün zədələnməsi diaqnozu ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.

Faktı Səbail Rayon Polis İdarəsi və 41-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparılır.//apa

14:15 - 17 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin