Bayram günü Bakıda evlərdən birindən 17 min manatlıq oğurluq olub

 Bayram günü Bakıda evlərdən birindən 17 min manatlıq oğurluq olub

Bakının Binəqədi rayonunda evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.

Asayis.az xəbər verir ki, bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış təbdirləri nəticəsində yanvarın 1-də rayon ərazisindəki evlərin birindən 5000 manat, 2000 ABŞ dolları, 100 avro pul, 8000 manat dəyərində qızıl-zinət əşyaları və 500 manat dəyərində noutbuk oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Kamil Məmmədov və Qismət Nəcəfli müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

14:00 - 3 Yanvar 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin