Müğənni Yeganə Akbudakın (Mürsəlova) həyat yoldaşı, Türkiyə vətəndaşı Fatih qəza keçirib.
Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Həmin Zaur" proqramında deyib. O bildirib ki, qəza zamanı avtomobildə olan digər şəxs vəfat edib:
"Maşını həyat yoldaşım idarə edirdi, qarşıdan gələn avtomobillə toqquşublar. Yanında oturan dostu vəfat edib. 6 yaşında uşağı qaldı. Neçə gündür özümdə deyiləm. Həyat yoldaşımın bədənində çox sınıq var. Onda günah olmayıb, qarşı tərəfdən gələn maşın qırmızı işıqda onların üstünə çıxıb".
Qeyd edək ki, Fatih və Yeganə cütlüyünün bir oğul övladı var.