Bəyin bibisindən şirinlik almaq istəyən şəxsin qanını tökdülər

 Bəyin bibisindən şirinlik almaq istəyən şəxsin qanını tökdülər

Göygöl rayonunda 1986-cı il təvəllüdlü Emil toy məclisində dava salıb və məclisdə iştirak edən Səlimə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin mayın 27-də, saat 17 radələrində Göygöl rayonu ərazisində yerləşən “Fərid” restoranının həyətyanı sahəsində baş verib. Emil həmin restoranda keçirilən toy məclisində iştirak edən Səlimin onun arvadı Süsəndən söz soruşmasını bəhanə gətirərək bıçaqla onun bud nahiyəsinə bir dəfə zərbə vurub.

İstintaq tərəfindən Emilin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Emil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, mayın 27-də Göygöl rayonunda yerləşən “Fərid” adlı restoranda yerləşən arvad qohumunun toy məclisinə gəlib: “Həmin gün təxminən saat 17 radələrində həmin toy məclisində iştirak edən adı mənə sonradan məlum olan Səlim adlı şəxsin yoldaşım Süsənə 2 dəfə yaxınlaşıb nəsə danışdığını gördüm. Əvvəlcə həmin şəxsin yoldaşımın qohumu olduğunu fikirləşdim. Daha sonra arvadımdan soruşdum ki, əmin oğlu səninlə bayaq danışan oğlandır. Süsən dedi ki, həmin şəxsi tanımır, ondan bəyin bibisi qızlarını soruşur, tanımadığını bildirdi. Arvadımın sözünə inanmadım. Məndə qısqanclığ yarandığından bir müddət sonra yenidən arvadımdan soruşdum. Arvadım Səlimin təkrarən bəyin bibisi qızlarını soruşduğunu bildirdi. Mənə adı sonradan məlum olan Səlim adlı şəxsə yaxınlaşdım, restoranın arxasına keçməsini bildirdim. Lakin Səlim arxasına keçmədiyindən restoranın qarşısına söhbət etdik. Səlimdən soruşdum ki, cavan gəlindən nə soruşurdun, niyə yaşlı adamdan soruşmursan. Səlim həmin suala cavab olaraq “yaxşı elədiyini, kimnən istəsə soruşa biləcəyini, ona dəxli olmadığını, işi ilə maraqlanmasını bildirdiyini” dedi. Mən də Səlimə dedim ki, həmin qadının yoldaşıyam. Səlim yenə də cavab olaraq söz soruşduğunu, yaxşı elədiyini bildirdi. Səlimin bu sözündən sonra üzərimdə olan bıçağı çıxardım. Səlimi vurmaq istədim. Lakin, ətrafdakı şəxslər mənə maneə yaratdı, Səlimin isə həmin yerdən qaçdı”. 

Təqsirləndirilən şəxs bildirib ki, Səlimin arxası ilə qaçaraq ona bıçaqla xəsarət yetirmək istəyib: “Nəticədə Səlimi tapa bilmədim, bıçaqla zərbə vura bilmədim. Mənim bıçağı çıxarmaqda məqsədim Səlimi öldürmək istəməmişəm. Onun əcəb eləmişəm ifadəsinə görə xəsarət yetirmək niyyətim olub. Bundan başqa, Səlimin arvadımdan söz soruşandan sonra qonaqlardan onun haqqında maraqlandım və onun yaşadığı ünvanı öyrəndim. Onun haqqında məlumatı ona görə örəndim ki, əgər toyda onunla hər hansısa vaxt görüşə bilmədikdə sonradan onun yaşadığı ünvana gedim, söhbətini edim, nəyə görə onun arvadıma yaxınlaşmasını aydınılaşdırım. Restoranıın qabağında söhbətdən qabaq qısqanclıqdan Səlimə qarşı nifrət hissi duymuşam. Ondan qısas almaq istəmişəm. Həmin gün toy məclisində spirtli içki olan araq qəbul etmişəm”. 

İş üzrə zərərçəkmiş Səlimin sözlərinə görə, mayın 27-də “Fərid” adlı restoranda qohumunun toy məclisinə gəlib: “Həmin gün təxminən saat 17 radələrində dostum Əli zəng edərək, toyu olan bəyin onun yanında olduğunu, bəyin bibisinin kim olduğunu öyrən şirinlik alaq dedi. Mən də həmin toy məclisində iştirak edən şəxslərdən bir nəfər tanımadığım qadına restoranın dəhlizində yaxınlaşdım və “bəyin bibisi kimdi, harda oturubdur” deyə soruşdum. Həmin tanımadığım qadın isə bəyin bibisinin baş tərəfdə oturduğunu dedi. Həmin qadından uzaqlaşaraq içəri daxil oldum. Bəyin bibisini tapdım, şirinlik istədim. təxminən 2 saat sonra, yəni 17 radələrində mobil telefonuma zəng daxil olduğundan restoranın dəhlizinə çıxdım. Həmin vaxt əvvəllər tanımadığım, adı mənə sonradan məlum olan Emil adlı şəxs yaxınlaşdı. Dedi ki, səninlə çöldə söhbət etmək olarmı. Mən cavab olaraq “niyə olmur, çıxaq söhbət edək” dedim. Lakin nə barədə söhbət edəciyimi bilmədim. Adı mənə sonradan məlum olan Emil adlı şəxsin restoranın qarşısına çıxdıqda restoranın arxa tərəfinə keçməyimizi təkilif etdi, mənimlə işi olduğunu bildirdi. Mən də restoranın arxasına keçməkdən imtina etdim, restoranın qarşısında söhbət edə biləcəyimizi dedim. Biz restoranın qarşısında olarkən 2 nəfər tanımadığım şəxs də gəldi. Emil adlı şəxs ünvanıma nalayiq ifadə işlətdi, kim olduğumu, o qıza niyə yaxınlaşıb söz soruşduğumu irad tutdu. Ona söyüş söyməməsini bildirdim. Dedim ki, həmin qızdan söz soruşmuşam, kimdən söz soruşacağımı özümün biləcəyim işdir. Bu səbəbdən aramızda əvvəlcə sözlə mübahisə oldu. Emil həmin vaxt bıçağ çıxardı. Yanımızda olan tanımadığım şəxslər isə Emili tutaraq saxlamağa çalışdı. Emilin əlindəki bıçaqla məni vura biləcəyini gördüm və oradan qacdım. Emil arxamca gələrək tənəklikdə hec kim görməyən yerdə məni bir dəfə vurdu. Sonradan məlum oldu ki, Emil arvadını götürərək evə gedib. O, evə getdiyinə görə toy məclisinə gəldim. Toy məclisində xalam qızını götürüb evə getdim”. 

Zərərçəkmiş qeyd edib ki, evə getdikdən sonra ayağında ağrılar olub: “Bu barədə xalam qızına məlumat verdim. Xalam qızı bunu bildikdən sonra təcili yardıma və Daxili İşlər Nazirliyinin 102 zəng xidməti mərkəzinə müraciət etdi”.

Bu cinayət işinə Göygöl Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsə qarşı verilmiş Cinayət Məcəlləsinin 221.3-cü maddəsini həmin məcəllənin 128-ci (qəsdən sağlamlığa zərərvurma) maddəsinə tövsif edib. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Emilin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Demokrat.az

17:00 - 28 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin