Bakıda qız atasını BIÇAQLADI

 Bakıda qız atasını BIÇAQLADI

Bakının Sabunçu rayonunda evdə ailə-məişət zəminində dava zamanı ata bıçaqlanıb. Asayis.Az Apa-ya istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Albalılıq yaşayış massivi ərazisində 1987-ci il təvəllüdlü Xəlilov Elman Oqtay oğlu qarnın ön divarının kəsilmiş-deşilmiş diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Şəxsin yaxınları bildirib ki, E.Xəlilov qızı tərəfindən bıçaqlanıb. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən qızı saxlayıb. (APA)

11:15 - 27 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin