Mikroavtobus baryerə çırpıldı - 15 nəfər yaralandı

 Mikroavtobus baryerə çırpıldı - 15 nəfər yaralandı

Türkiyədə sərnişin mikroavtobusu maneəyə çırpılıb. Qəza nəticəsində 15 nəfər xəsarət alıb. Asayis.Az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Məlumata görə, hadisə ölkənin Kocaəli vilayətində baş verib. Qəza yerinə polis və təcili tibbi yardım qrupları göndərilib. Qəzada yaralanan 15 sərnişinə sağlamlıq qrupları tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra yaralılar xəstəxanaya aparılıb. 

Qəza ilə əlaqədar sürücü dindirilmək üçün polis bölməsinə aparılıb.

12:00 - 26 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin