Yevlaxda minik avtomobili traktorla toqquşub, xəsarət alanlar var

 Yevlaxda minik avtomobili traktorla toqquşub, xəsarət alanlar var

Yevlax rayonunun Gülövşə kəndində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"VAZ-2106" markalı avtomobillə traktorun toqquşması nəticəsində 1965-ci il təvəllüdlü, N.Yusubova, 1970-ci il təvəllüdlü M.Qarayev və onun oğlu 2013-cü il təvəllüdlü Ü.Qarayev xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Onların vəziyyəti orta-ağır və kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. (Report)

12:15 - 25 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin