“Turan Tovuz” - “Araz-Naxçıvan” oyunu bu səbəbdən təxirə salındı - VİDEO

 “Turan Tovuz” - “Araz-Naxçıvan” oyunu bu səbəbdən təxirə salındı - VİDEO

Azərbaycan Premyer Liqasının XVIII turunun “Turan Tovuz” - “Araz-Naxçıvan” oyunu təxirə salınıb. Bu barədə “Report”a Peşəkar Futbol Liqasından məlumat verilib.

Qərara səbəb 81-ci dəqiqədə matçın keçirildiyi Tovuz şəhər stadionunda işıq dirəklərindən birinin aşması olub. Güclü külək nəticəsində projektor qırıldığından baş hakim Rəvan Həmzəzadə son dəqiqələrin oynanılmamasını qərara alıb. Dekabrın 24-də keçiriləcək görüşün qalan hissəsi saat 12:00-da başlayacaq. Qeyd edək ki, oyun dayandırılarkən “Turan Tovuz” hesabda 2:1 öndə olub. Meydan sahiblərindən 5-ci dəqiqədə Xəyal Nəcəfov, 16 dəqiqədə penaltidən Bruno Qonçalves, qonaqlardan isə 58-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən İsmail Azzaui fərqləniblər.

17:50

Azərbaycan Premyer Liqasının XVIII turunda keçirilən “Turan Tovuz” - “Araz-Naxçıvan” oyununun gedişində işıq dirəklərindən biri aşıb.

Hadisə qarşılaşmanın 82-ci dəqiqəsində baş verib

 

16:00 - 24 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin