Bakıda itkin düşən reperin meyiti tapıldı

 Bakıda itkin düşən reperin meyiti tapıldı

Bir ay əvvəl itkin düşən 28 yaşlı oğlanın meyiti tapılıb. Bu barədə “Qafqazinfo”ya onun yaxınları bildirib. İtkin İbrahim Nəzərlinin cansız bədəni Suraxanı rayonu, Qum adası ərazisində dənizdə aşkar edilib.

Gəncin ölüm səbəbi ekspertizadan sonra bilinəcək. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, İ.Nəzərli noyabr ayının 9-u, 15:00 radələrində Qaradağ rayonu Sahil qəsəbəsindən çıxıb və bir daha geri qayıtmayıb. Mərhum gənc reper olub.

11:30 - 24 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin