Bakının Xəzər rayonununda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, yolu keçən piyada, 1996-cı il təvəllüdlü Səbiyev Rafail Xaliq oğlunu avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır.