Rusiyada şagird məktəbdə atəş açıb - Ölən və yaralananlar var

 Rusiyada şagird məktəbdə atəş açıb - Ölən və yaralananlar var

Rusiyanın Bryansk şəhərində məktəbdə silahlı insident baş verib.

Asayis.Az TASS-a istinadən xəbər verir ki, şəhərdə 5 saylı gimnaziyada 8-ci sinif şagirdi olan qız odlu silahdan bir neçə dəfə atəş açıb. 

Hadisə zamanı 2 nəfər həlak olub, daha 4 nəfər isə yaralanıb. 

Hazırda məktəbin ərazisi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əhatəyə alınıb. Hadisəni törədən şagirdin özünə qəsd etdiyi bildirilir. 

12:00 - 8 Dekabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin