Ata maşını aşırdı, 9 yaşlı oğlu öldü

 Ata maşını aşırdı, 9 yaşlı oğlu öldü

İmişli rayonunda ağır yol qəzası baş verib.

Asayis.Az
 xəbər verir ki, hadisə İmişli-Kürdəmir avtomobil yolunun Məmmədli kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, Coşqun Tağıyev sürücülük vəsiqəsi olmadan və sərxoş vəziyyətdə idarə etdiyi VAZ-2107 markalı avtomobillə əks yola çıxaraq ötmə əməliyyatı edib. Bu vaxt o, idarəetməni itirərək avtomobili aşırıb. Nəticədə sürücü C.Tağıyev və avtomobildə olan ailə üzvləri - 1976-cı il təvəllüdlü İnci Tağıyeva, 2009-cu il təvəllüdlü Rəqsanə Tağıyeva və oğlu, 2014-cü il təvəllüdlü Fəxri Tağızadə xəsarət alıblar.

9 yaşlı Fəxri aldığı xəsarətlərdən İmişli Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Faktla bağlı istintaq aparılır.

11:36 - 14 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin