Ötən gün Antalyanın Alanya rayonunda ukraynalı Dmitri C.-nin silah gücü ilə içərisində 35 min avro olan çantası oğurlanıb.
Asayis.Az APA-ya istinadən xəbər verir ki, Ukrayna vətəndaşı avtomobili ilə pulunu oğurlayan və motosikletlə qaçmağa çalışan Azərbaycan vətəndaşları Murat O. və Elnur B.-ni vuraraq öldürüb. Hadisədən sonra saxlanılan Ukrayna vətəndaşı oktyabrın 11-də məhkəməyə çıxarılıb və həbs edilib. Ukrayna vətəndaşının elektron ticarətlə məşğul olduğu bildirilir.