Tacirin şəhid qardaşının övladı tapıldı - Video

 Tacirin şəhid qardaşının övladı tapıldı - Video

müğənni Tacir Şahmalıoğlu Birinci Qarabağ müharibəsində şəhid olan qardaşı İntiqamın oğlunu axtarır.

Asayis.az xəbər verir ki, "Təsir dairəsi" verilişinə müraciət edən sənətçi qardaşı oğlunun tapılmasında ona köməklik göstərmələrini xahiş edib. 

Proqram zamanı aparıcı Lalə Azərtaş ifaçının qardaşı övladının adının da İntiqam olduğunu və onu tapdıqlarını bildirib. Daha sonra isə o, İntiqamın fotosunu Tacir Şahmalıoğluya göstərib.

Azərtaş həmin an göz yaşlarını saxlaya bilməyən sənətçiyə daha bir müjdəli xəbər verib. O bildirib ki, sabahkı proqramda müğənnini qardaşı oğlu ilə görüşdürəcək.

17:48 - 7 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin