Bazara top mərmisinin düşməsi nəticəsində 34 nəfər öldü

 Bazara top mərmisinin düşməsi nəticəsində 34 nəfər öldü

Sudanın paytaxtı Xartumda bazara artilleriya mərmisinin düşməsi nəticəsində 34 nəfər həyatını itirib.

Asayis.az
 xəbər verir ki, bu barədə məlumatlar beynəlxalq mediada yer alıb.

Bildirilib ki, paytaxtın qərbində, Omdurmanın Kerari rayonunda bazara top mərmisi düşüb.

Hadisə zamanı 34 mülki vətəndaş həyatını itirib, çoxlu sayda insan yaralanıb.

Qeyd edək ki, dünən də Xartumda evlərə artilleriya mərmilərinin düşməsi nəticəsində 15 nəfər həyatını itirmişdi.

Aysu
Demokrat.az

11:24 - 7 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin