3 uşaq anası ərini bıçaqlayaraq öldürdü

 3 uşaq anası ərini bıçaqlayaraq öldürdü

Türkiyədə həyat yoldaşı ilə mübahisə edən qadın qətl törədib.

Asayis.Az
 xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin Kayseri vilayətində baş verib.

3 uşaqları olan cütlük naməlum səbəbdən mübahisə etməyə başlayıb və qadın ərinə bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Hücumu törətməkdə şübhəli bilinən qadın isə polis tərəfindən saxlanılıb, araşdırmalar davam etdirilir.

11:00 - 6 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin