Arvadını və 2 oğlunu öldürdü - Dəhşətli qətl

 Arvadını və 2 oğlunu öldürdü - Dəhşətli qətl

Türkiyədə bir ailənin ölümü ilə nəticələnən qətl hadisəsi baş verib.

Asayis.Az xəbər verir ki, bu barədə “DHA” məlumat yayıb.

Bildirilib ki, ölkənin Bursa vilayətində 34 yaşlı kişi naməlum səbəbdən həyat yoldaşını və 2 oğlunu odlu silahla güllələyərək öldürdükdən sonra intihar edib.

Ətrafdakıların xəbəri ilə hadisə yerinə polis və təcili tibbi yardım qrupları gəlib.
 
İlkin baxış zamanı bütün ailə üzvlərinin yerindəcə vəfat etdiyi öyrənilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

10:24 - 6 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin