“Neftçi”nin avtobusu qəza keçirib

 “Neftçi”nin avtobusu qəza keçirib

“Neftçi”nin əsas komandasını daşıyan avtobus bu gün Qəbələyə yola düşərkən yüngül qəza keçirib.

 

Asayis.Az xəbər verir ki, bu barədə report-a Bakı klubundan məlumat verilib.

Bildirilib ki, hadisə Bayıl qəsəbəsində qara rəngli “Hyundai” markalı avtomobilin ehtiyatsızlığı səbəbindən baş verib. Xoşbəxtlikdən hər iki tərəfdə xəsarət alan olmayıb.

Qeyd edək ki, “Neftçi” Azərbaycan Premyer Liqasının XII turunda Qəbələnin qonağı olacaq. Noyabrın 5-də keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.

11:00 - 4 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin