Türkiyədə oğul naməlum səbəbdən anasına 8 bıçaq zərbəsi endirib.
Asayis.Az xəbər verir ki, hadisə ölkənin Bolu vilayətində baş verib.
Belə ki, ana və oğul arasında naməlum səbəbdən mübahisə yaranıb və qadın bıçaqlanaraq ciddi xəsarət alıb.
Yaralı qadın xəstəxanaya yerləşdirilib. Hücumçu oğlan polis tərəfindən saxlanılsa da qadın oğlundan şikayətçi olmadığını bildirib.
Qeyd edək ki, qadın oğlunun hadisəni narkotik aludəçisi olduğuna görə törətdiyini etiraf edib.