Arvadını qətlə yetirən ər saxlanıldı

 Arvadını qətlə yetirən ər saxlanıldı

Bu gün səhər saatlarında Binəqədi rayonu yeni yaşayış massivində evlərin birində qətl hadisəsi olub.

Asayis.Az  xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 1986-cı il təvəllüdlü Xamoyeva Zülfiyyə Alim qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1981-ci il təvəllüdlü Qasımov Qədir Tahir oğlu saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

16:24 - 2 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin