Avtobus qəzaya düşdü, çox sayda yaralı var - VİDEO

 Avtobus qəzaya düşdü, çox sayda yaralı var - VİDEO


 

Qax şəhərində avtomobilin traktorla torruşması ölümlə nəticələnib.

Asayis.az-ın. məlumatına görə, hadisə Qax şəhəri, Heydər Əliyev prospektində baş verib.

Rayon sakini Səbuhi Poladovun idarə etdiyi avtomobil yolun kənarında dayanmış traktora çırpılaraq aşıb.

Qəza zamanı avtomobildə olan sərnişin, 48 yaşlı Coşqun Qocayev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü Səbuhi Poladov isə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Ucarda da yol - nəqliyyat hadisəsi olub. Bakı - Qazax magistralının Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində 2 yük avtomobilinin toqquşduğu ərazidə daha bir qəza baş verib. Gəncə istiqamətində hərəkətdə olan mikroavtobus qəza törədən yük avtomobillərinə görə sürəti azaldıb. Arxadan gələn digər avtobus həmin mikroavtobusa çırpılıb.

Nəticədə 16 nəfər xəsarət alıb. Onlar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Zərərçəkənlərə zəruri tibbi yardım göstərilib.

BAKU.WS

VİDEO

15:24 - 2 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin