Sentyabrın 28-də Nigeriyanın Taraba əyalətində sərnişinləri daşıyan qayığın batması nəticəsində 70 nəfərin hələ də itkin düşdüyü bildirilir.
Asayis.Az xəbər verir ki, bu barədə Nigeriya Dövlət Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.
Bildirilib ki, qayıqda olan 70 nəfər hələ də itkindir.
Qəza bölgəsində indiyədək 12 nəfər sağ-salamat xilas edilib.
Bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyi barədə məlumat paylaşılıb.
Qəzadan sonra başladılan xilasetmə işləri zamanı 15 nəfərin cəsədi tapılıb.