Qazaxıstanda mədən qəzasında ölənlərin sayı 35 nəfərə çatdı

 Qazaxıstanda mədən qəzasında ölənlərin sayı 35 nəfərə çatdı

Qazaxıstanın Karaqanda vilayətində yerləşən Kostenko adına mədəndə baş vermiş partlayış və yanğın nəticəsində həlak olanların sayı 35 nəfərə çatıb.

Asayis.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Hazırda 35 nəfərin meyiti tapılıb, onlardan 29-u səthə çıxarılıb, 11 şaxtaçının aktiv axtarışları davam edir”, - məlumatda deyilir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev faciə nəticəsində həlak olan şaxtaçıların ailələri və yaxınları ilə görüşüb, başsağlığı verib. Faciə ilə əlaqədar oktyabrın 29-u Qazaxıstanda milli matəm günü elan olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov isə Qazaxıstanın Baş naziri Alixan Smailova başsağlığı məktubu göndərib.//Report

10:00 - 29 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin