Goranboyda 2 nəfər göbələkdən zəhərlənib

 Goranboyda 2 nəfər göbələkdən zəhərlənib

Goranboy rayonunun Erkəc kəndində 2 nəfər qidadan zəhərlənib.

 

Asayis.Az report-a istinadən xəbər verir ki, Goranboy rayon sakinləri - 1996-cı il təvəllüdlü N.Məmmədov və 2003-cü il təvəllüdlü S.Həsənalıyeva yaşadıqları evdə qidadan zəhərləniblər.

 

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

 

Zərərçəkmişlərin yaxınlarının bildirdiyinə görə, onlar göbələk yedikdən sonra vəziyyətləri pisləşib.

 

Faktla bağlı araşdırma aparılır.

10:52 - 27 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin