Bakının Sabunçu rayonunda 1991-ci il təvəllüdlü Emin Mahmudov atası Yurini bıçaqlayıb.
Asayis.Az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük Sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evdə baş verib.
Emin ailə münaqişəsi zəminində atası Yuri mübahisə edib və deşici-kəsici alətlə onun qarın nahiyəsindən qəsdən vurub.
Hadisəni törədən Eminin barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Emin ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, baş vermiş hadisə ehtiyatsızlıqdan olub: “Axşam evə getdim. Mətbəxdə stolda oturdum. Atan yanımda oturmuşdu. Mənə öyüd-nəsihət verirdi. Stolun üstündə çörək bıçağı var idi. Evə valideynlərimdən pul almaq üçün getmişdi, 1500 manat pul lazım idi. Sonra aramızda mübahisə yarandı. Əlimdə də bıçaq var idi. Atam qolumu dartırdı. Necə olmuşdusa mən də bilmədim. Gördüm ki, artıq atamı bıçaqladım. Şok vəziyyətində olduğuma görə də bıçaqlayandan sonra qaçaraq getdim. Qəsdən etməmişəm. Valideynlərim ilə ayrı yaşayırdım. Balaca çörək bıçağı var idi və onunla bir dəfə xəsarət yetirdim. Xəsarəti qarın nahiyyəsindən yetirmişdim. Mən atamı itələməmişəm. Özümü atamın qolundan dartıb çıxıb getdim. Başqa vaxt mübahisələrimiz olmayıb. Evdəkilər atamı bıçaqlayandan sonra içəri girdilər. İçkili deyildim”.
İş üzrə şahid qismində ifadə verən təqsirləndirilən şəxsin sözlərinə görə, oğlu Emin onlardan ayrı yaşayıb: “Biz digər oğlumuz Zaurla bir evdə qalmışıq. Bir gün Emin evə gəldi ki, ana mənə pul verin özümə “prava” alacam. Mən də Yuriyə zəng etdim ki, evə gəlsin, Emin evdədir, onunla görüşmək istəyir. Atası mətbəxə gəldi və Emini danlamağa başladı ki, sən nə qədər pul istəyirsən. Mən özüm də Eminə hər dəfə gələndə pul verirdim. Həmin günü Yuri də azca içkili idi. Eminin yaxasından yapışdı. Necə oldusa Emin atasını vurdu. Vuran kimi də qaçaraq getdi. Oğlum Zaur da tez çölə qaçdı. Zaur həmin vaxt otaqda deyildi. Hadisə mətbəxdə baş verib”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Emin 6 il müddətinə azadlıqdan məhrum edilib.
Demokrat.az