Hava Limanında əməliyyat: 10 mindən çox tülkü quyruğu ələ keçirildi - FOTO/VİDEO

 Hava Limanında əməliyyat: 10 mindən çox tülkü quyruğu ələ keçirildi - FOTO/VİDEO

Moskvadan İstanbul Hava Limanına gələn Özbəkistan və Yunanıstan vətəndaşı olan iki sərnişinin çamadanlarında bazar dəyəri 1 milyon 236 min TL olan 10 min 300 ədəd tülkü quyruğu ələ keçirilib.

Asayis.Az "Haberler.com"a istinadən xəbər verir ki, təyyarə eniş etdikdən sonra gömrük əməkdaşları şübhəlilərin fiziki təqibinə başlayıb.

Dörd çamadanla sərnişin salonuna gələn və gömrük bəyannaməsi məntəqəsində dayanmadan birbaşa çıxışa yönələn şübhəlilərin qarşısı alınıb.

Qruplar, sərnişinlərin baqajını rentgen müayinəsi edib. Skanlama nəticəsində çamadanlarda şübhəli konsentrasiyaların olduğunu müşahidə edilib. X-ray müayinəsindən sonra başlanan ətraflı axtarışda çamadanların heyvan quyruğu ilə dolu olduğu müəyyənləşib.

Əməliyyat nəticəsində ümumi dəyəri 1 milyon 236 min türk lirəsi olan 10 min 300 ədəd tülkü quyruğu ələ keçirilib.

Hadisə ilə bağlı Qaziosmanpaşa Respublika Prokurorluğu tərəfindən istintaqın davam etdirilir.

 

VİDEO

12:48 - 13 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin