19 yaşlı fəhlə yıxılaraq dünyasını dəyişdi

 19 yaşlı fəhlə yıxılaraq dünyasını dəyişdi

Türkiyədə 19 yaşlı inşaat işçisi 5 metr hündürlükdən yıxılaraq ölüb.

Asayis.Az xəbər verir ki, bu barədə "HaberGlobal" məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin Sakarya vilayətində baş verib.

Belə ki, 19 yaşlı inşaat işçisi 5 metr hündürlükdən beton döşəməyə yıxılaraq ağır xəsarət alıb. 

Hadisə yerinə təcili tibbi yardım və polis qrupları göndərilib. 

Xəstəxanaya aparılan gənc müdaxilələrə baxmayaraq dünyasını dəyişib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb. 

14:36 - 10 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin