Türkiyədə 19 yaşlı inşaat işçisi 5 metr hündürlükdən yıxılaraq ölüb.
Asayis.Az xəbər verir ki, bu barədə "HaberGlobal" məlumat yayıb.
Bildirilib ki, hadisə ölkənin Sakarya vilayətində baş verib.
Belə ki, 19 yaşlı inşaat işçisi 5 metr hündürlükdən beton döşəməyə yıxılaraq ağır xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım və polis qrupları göndərilib.
Xəstəxanaya aparılan gənc müdaxilələrə baxmayaraq dünyasını dəyişib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.