Bakıda ağır yol qəzası baş verib.
Asayis.Az qafqazinfo-ya istinadən xəbər verir ki, gecə saatlarında Yasamal rayonu ərazisində minik avtomobili 1988-ci il təvəllüdlü Tahir Zeynalovu vurub.
Ağır xəsarət alan piyada hadisə yerində vəfat edib.
Bildirilir ki, T.Zeynalov "Sabah kursları"nın müəllimi olub. O, gecə saatlarında dəmir arakəsməni keçərək yolun əks tərəfinə doğru hərəkət edib və bu zaman avtomobil tərəfindən vurulub.
T.Zeynalov doğulduğu Neftçala rayonunun Xolqarabucaq kəndində dəfn edilib.