Ermənipərəst senatorun həyat yoldaşının qəza görüntüləri yayıldı

 Ermənipərəst senatorun həyat yoldaşının qəza görüntüləri yayıldı
Ermənipərəst senator Robert (Bob) Menendesin həyat yoldaşı Nadin Arslanyanın törətdiyi, piyadanın ölümü ilə nəticələnən yol qəzasını əks etdirən videogörüntülər yayılıb. Lakin o, buna görə heç bir cəza almayıb.

Asayis.Az 
xəbər verir ki, hadisə 2018-ci ilin dekabrında Nyu-Cersi ştatının Boqota şəhərində baş verib. Lakin bu hadisə KİV-in diqqətini cəlb etməyib və cinayəti törədən şəxs buna görə məsuliyyətə cəlb olunmayıb.

Avtomobili senator R.Menendesin həyat yoldaşı N.Arslanyan idarə edirdi. Daha sonra o, polisə bildirib ki, yolu keçmək istəyən və avtomobilinin qarşısına çıxan şəxsi görməyib. Qəza nəticəsində 49 yaşlı Riçard Koop ölüb. Berqen bölgəsinin tibbi ekspertinin sözlərinə görə, onun meyiti yolun kənarında qalmış və pis vəziyyətə düşmüşdü. (Report.az)
 

 

14:24 - 6 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin