Qardaş qardaşı güllələdi

 Qardaş qardaşı güllələdi

Türkiyədə dava zamanı qardaş qardaşını silahla ayağından vuraraq yaralayıb.

Asayis.Az xəbər verir ki, hadisə ölkənin paytaxtı Ankarada baş verib.

Əldə edilən məlumata görə, iki qardaş arasında naməlum səbəbdən dava düşüb.

Nəticədə böyük qardaş qardaşını tapança ilə ayağından vuraraq yaralayıb.

Hadisə yerinə təcili tibbi yardım və polis qrupları göndərilib. 

Yaralı şəxs ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb.

Hücumçu polis tərəfindən saxlanılıb. Araşdırmalar davam etdirilir.

17:00 - 4 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin