Türkiyənin Bursa vilayətində fəaliyyət göstərən 5 mərtəbəli mebel fabrikinin damında yanğın baş verib.
Asayis.Az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.
Bildirilib ki, naməlum səbəbdən baş verən yanğın qısa zamanda dam örtüyünə və ətraf ərazilərə yayılıb.
Bölgəyə dərhal yanğınsöndürmə və xilasetmə qrupları göndərilib.
Səlahiyyətlilər bildirib ki, alov qonşuluqdakı digər mebel fabrikinə də keçib.
Hazırda komandalar yanğını nəzarət altına almağa çalışır.