Türkiyənin Sakarya vilayətində dənizdə itən 14 yaşlı gəncin cansız cəsədi tapılıb.
Asayis.Az xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.
Məlumata əsasən, hadisə vilayətin Karasu ərazisində baş verib.
Belə ki, 14 yaşlı yeniyetmə oğlan çimmək üçün dənizə gedib və suda batıb.
Uzun müddət davam edən axtarış-xilasetmə əməliyyatları nəticəsində oğlanın cəsədi tapılıb.
Cəsəd müayinələrdən sonra bölgə dövlət xəstəxanasının morquna yerləşdirilib.