Moskva məktəblərindən birində şagird müəlliminin ona 100 min rubl verməsini tələb edib. Əks təqdirdə o, məktəbi partladacağını bildirib.
Hadisə paytaxtın Qolovinski rayonundakı 648 saylı məktəbdə yaşanıb.
Yeniyetmə öz sinif rəhbərini - rus dili və ədəbiyyatı müəllimini şantaj edib.
14 yaşlı oğlan artıq polis tərəfindən saxlanılıb.
Hazırda müəllimin son vaxtlar şagirdilə münaqişəsinin olub-olmadığı dəqiqləşdirilir.(oxu.az)