ABŞ-ın Luiziana ştatında orta məktəbdə silahlı atışma nəticəsində bir nəfər şagird ölüb.
Asayis.Az xəbər verir ki, hadisə bölgədə yerləşən özəl Helena Kollecində baş verib.
Hücumda 1 şagird həyatını itirib, yaralanan 2 nəfər isə xəstəxanaya yerləşdirilib.
Polis rəsmiləri hücumçunun saxlanıldığını açıqlayıb.
Qeyd edək ki, 2023-cü ildə ABŞ-da 11 mindən çox silahlı hücumda 25 mindən çox insan həyatını itirib.