Orta məktəbdə silahlı atışma - Ölən və yaralananlar var

 Orta məktəbdə silahlı atışma - Ölən və yaralananlar var

ABŞ-ın Luiziana ştatında orta məktəbdə silahlı atışma nəticəsində bir nəfər şagird ölüb.

Asayis.Az 
xəbər verir ki, hadisə bölgədə yerləşən özəl Helena Kollecində baş verib.

Hücumda 1 şagird həyatını itirib, yaralanan 2 nəfər isə xəstəxanaya yerləşdirilib.

Polis rəsmiləri hücumçunun saxlanıldığını açıqlayıb.

Qeyd edək ki, 2023-cü ildə ABŞ-da 11 mindən çox silahlı hücumda 25 mindən çox insan həyatını itirib.
 

14:00 - 14 Sentyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin