Yəmənin Ədən Beynəlxalq Hava Limanında güclü tufan terminal şüşələrinin partlamasına səbəb olub. Nəticədə 6 nəfər xəsarət alıb.
Asayis.Az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Hava limanındakı binaların damları uçub, bir çox nəqliyyat vasitəsi də zədələnib.
Partlayışdan panikaya düşən sərnişinlər ətrafa qaçıblar.
Yerli mənbələr şüşə qırıqlarının ən azı 6 nəfərin yaraladığını bildirib.
Qeyd edək ki, hadisə səbəbindən Ciddə və Qahirəyə uçuşlar gecikib.