Türkiyədəki meşə yanğınları evlərə sıçradı - FOTO/VİDEO

 Türkiyədəki meşə yanğınları evlərə sıçradı - FOTO/VİDEO

Türkiyənin Kahramanmaraş bölgəsində meşələrdə başlayan yanğın evlərə keçməyə başlayıb. 

Asayis.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, sözügedən ərazidə güclü küləyin təsirindən qısa müddətdə yanğının miqyası genişlənib. 

Həmin bölgədəki bəzi yaşayış evlərinə alov sıçrayıb. Yanğınsöndürənlər 6 saata alovu ram edə biliblər.

Yanan evlər ətrafdakı sakinlər tərəfindən kameraya çəkilib. Onlardan biri, "Getdi evlər, getdi", - deyərək fəryad edib. 

 

VİDEO

13:00 - 24 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin