Türkiyənin Kahramanmaraş bölgəsində meşələrdə başlayan yanğın evlərə keçməyə başlayıb.
Asayis.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, sözügedən ərazidə güclü küləyin təsirindən qısa müddətdə yanğının miqyası genişlənib.
Həmin bölgədəki bəzi yaşayış evlərinə alov sıçrayıb. Yanğınsöndürənlər 6 saata alovu ram edə biliblər.
Yanan evlər ətrafdakı sakinlər tərəfindən kameraya çəkilib. Onlardan biri, "Getdi evlər, getdi", - deyərək fəryad edib.
VİDEO