Ələt-Astara yolunda ağır qəza: Ölən və yaralananlar var

 Ələt-Astara yolunda ağır qəza: Ölən və yaralananlar var

Salyanda baş verən yol qəzasında ölən və yaralananlar var.

Asayis.az
 xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Salyan rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı avtomobil iki maşınla toqquşub.

Qəza nəticəsində bir nəfər hadisə yerində ölüb.

1974-cü il təvəllüdlü Nəsirova Yaqut Gülbala qızı, 1964-cü il təvəllüdlü Əliyev Şahin Mirzəbala oğlu, 1995-ci il təvəllüdlü Musazadə Amil Tapdıq oğlu və daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.
 

10:20 - 24 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin