Məhkəmə Şəmkirdə arvadını öldürən şəxslə bağlı qərar verdi

 Məhkəmə Şəmkirdə arvadını öldürən şəxslə bağlı qərar verdi

Gəncə Apellyasiya Məhkəməsində Şəmkir rayonunda arvadını qətlə yetirməkdə təqsirli bilinən Mahəddin Atakişiyevin barəsindəki hökmdən veriln apellyasiya şikayətinə baxılıb.

 

Asayis.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun şikayəti təmin edilməyib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Şəmkir rayonu, Könüllü kənd sakini Aynurə Orucova ötən il dekabrın 7-də qətlə yetirilib.

 

Məlum olub ki, Mahəddin Atakişiyev aralarında yaranmış mübahisə zamanı arvadı Aynurə Orucovaya bıçaqla xəsarətlər yetirərək onu öldürüb.

 

Mahəddin Atakişiyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

10:30 - 21 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin