"Azərişıq" ASC-nin əməkdaşı dirəkdən yıxılaraq öldü

"Azərişıq" ASC-nin əməkdaşı dirəkdən yıxılaraq ölüb.

Balakən şəhər sakini, 1961-ci il təvəllüdlü Ustayev Ömər Şərəfəddin oğlu işıq dirəyindən yıxılaraq çoxsaylı sınıq xəsarətlrəi alıb.

O, xəstəxanaya yerləşdirilib tibbi yardım göstərilsə də, aldığı xəsarətlərdən orada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ölən şəxs "Azərişıq" ASC-nin əməkdaşı olub.

 

11:49 - 20 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin