Stokholmda Quran nüsxəsinin yandırılmasına etiraz edənlər Bağdadda fəaliyyət göstərən İsveç səfirliyinə hücum çəkiblər.
Asayis.Az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, etirazçılar binanı yandırıblar. Hadisə zamanı səfirlik əməkdaşlarından heç kim xəsarət almayıb.
Xatırladaq ki, iyunun 28-də Stokholmun mərkəzində Quran yandırılıb.