Qaxda kişi qohumunu güllələdi

 Qaxda kişi qohumunu güllələdi

Qax rayonunda 32 yaşlı kişi qohumunu güllələyib.

DİN-in Şəki regional qrupundan Asayis.az-a verilən məlumata görə, hadisə rayonun Almalı kəndində baş verib.

İlkin araşdırma zamanı Turan Məmmədova qohumu, 32 yaşlı Cavidan Məmmədov tərəfindən ov tüfəngi ilə xəsarət yetirildiyi müəyyən edilib. C.Məmmədov saxlanılıb, cinayətdə istifadə etdiyi ov tüfəngi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

10:25 - 19 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin