Alyaskada güclü zəlzələ: Sunami xəbərdarlığı edildi

 Alyaskada güclü zəlzələ: Sunami xəbərdarlığı edildi

Alyaskada 7,4 maqnitudalı zəlzələ olub.

Asayis.az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri minə yaxın insanın yaşadığı Sand-Point yaşayış məntəqəsindən 106 km cənubda yerləşib.

Yeraltı təkanın ocağı 9,3 km dərinlikdə olub.

Bölgədə sunami təhlükəsi elan olunub.

15:30 - 16 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin